Reklam verin!
Fevral 17, 2008 14:27 tarixində, unudulanlar tərəfindən, SEVGI bölməsində yazılib       Şərhlər(6)      Baxış sayı:149
SENSIZLIYE SON MUSIQI

SENSIZLIYE SON MUSIQI

Məni özümə düşmən edib qəlbimin bir yarısını söküb alıb gedəcəyinə, heç inanmamışdım sevgilim, həm də heç bir zaman inanmamışdım. Günlərin birində məni yarı yolda buraxıb gedəcəyini məndən başqa hər kəs bilirdi. Bu dünyada bir mən idim sənə inanan, güvənən, sevən və hər zaman hər bir şeydə dəstək olan. Sən isə sənə inanmayanları haqlı çıxartdın və məni tərk etdin.
Səninlə birlikdə qurduğum dünyanı yerlə bir edib getmənə nə səbəb oldu bilmirəm. Mən yalnızca sənə aşiq deyildim eyni zamanda da, sən mənim ən gözəl dostum idin. Nələr edəcəyimizi danışardıq biri birimizə, həyatımızı paylaşardıq. Ağlamaqdan qorxmazdım. Bilirdim ki, ağladığımda sən yanımda olub göz yaşlarımı siləcəkdin. Artıq ağlaya belə bilmirəm. Səninlə bağlı hər xatirə acılayır ürəyimi. Bütün rəsmlərimizə bir-bir baxıram. Heç bir kəsə sənin haqqında danışmasına izin vermirəm və gündə bir paket siqaret çəkirəm. Yəni həyatda ən nifrət etdiyin şeyləri edirəm. Artıq uzun illər yaşamanın belə anlamı yoxdur məgər belə deyilmi? Nə üçün yaşayacağam ki!
Səninlə birlikdə xəyallarımı da itirdim. Artıq səninlə birgə yaşadığım güllü çiçəkli evim olmayacaq. Sənə sürpriz edəcəkdim, yataq otağımızın divarlarını, sənə yazdığım eşq məktublarıyla və ən gözəl şəkillərimizlə bəzəyəcəkdim. Bütün xəyallarıma, evimizə, uşaqlarımıza, xoşbəxt gələcəyimizə əmin olduğum gələcəyimizə əlvida deməyin gözəl olduğunumu sanırsan. Səni axtarmayıb, bir dəfə olsun belə arxanca gəlmədiyimi düşünüb, səni unutduğumu zənn etmə. Hər zamankından daha çox sevirəm səni. Səni bu an, bu saniyə uğrunda ölə biləcək qədər çox sevirəm. Birlikdə keçirdiyimiz illər içində səninlə yaşadığım hər anın ayrıca gözəlliyi, ayrıca anlamı var. Məni çox xoşbəxt etdin.

Qədrini bilmədim mən o günlərin
İndi o günlərin həsrətindəyəm
Səninlə keçirdim ən xoş illəri
Mən həmin illərin həsrətindəyəm

İndi sənsiz mənim yox rahatlığım
Sanki qəfəsdəyəm yox azadlığım
Səni unutmaq üçün cırıb atdığım
Mən o şəkillərin həsrətindəyəm

Ürəyim od tutub yoxdur söndürən
Ağlayan gözümü yoxdur güldürən
Bircə baxışınla məni öldürən
O qara gözlərin həsrətindəyəm

Sən yoxsan gözlərim yenə dolubdur
Sənsiz həyat məni yaman yorubdur
Məhəbbət bağımda güllər solubdur
O solan güllərin həsrətindəyəm



 

Səndən sonra mən necə yaşayacağımı bilmirəm, amma sənin daima xoşbəxt olmağını istəyirəm. Zaman keçdikcə səni mən o gözəl günlərimizdəki xatirələrlə anacam. İllər sonra mən ağlına gələrəmsə bil ki, soyuq pəncərənin önündə ən sevdiyin musiqini oxuyuram ulduzlara...



1
NATA211 yazıb:

RAUL MELLIM BUNLARI HARDAN APMISAN

Mart 11, 2008 18:23

2
samire yazıb:

beyendim tewwekur

Mart 11, 2008 18:35

3
xeyale yazıb:

cox saqol ayy raul melim

Mart 11, 2008 18:37

4
kenan yazıb:

tewwekur

Mart 11, 2008 18:40

5
aytekin yazıb:

ela sherin meni kovreltdi ay raul mellim

Mart 11, 2008 18:44

6
RAQIF yazıb:

SIXIR MƏNİ SIXINTILAR...

Sıxır məni sıxıntıar,
Illərdən yığılıb qalan
Kədər yüklü yığıntılar;
Istirahət günlərindən sonra gələn
Iş qayğısı,
Məni başa düşməyənlər çevrəsində
Başa düşən bir nəfərin
Yaxınımda olmaması,
Dəli külək qardaşımın gətirdiyi,
Qara bənzər yağıntılar,
Sıxır məni sıxıntıar...
Saf məhəbbət hissləriylə
Dolu günlərin həsrəti,
Ehtiraslı sevgilərin sonuna olan
Nifrətim,
Qızıl yüklü eşşəklərin
Bu nüfuzu, bu qüdrəti,
Batıb gedən tapıntılar,
Sıxır məni sıxıntıar...
Qəfəsdəki quşlarımın çırpıntısı,
Yerlərinin dar olduğunu göstərən,
Şeytanların üzündəki üzlükləri,
Bir vəfasız yar olduğunu göstərən,
Göydən yerə baxanda da,
Ədalətsiz ziddiyyətin var olduğunu göstərən
Girintilər, çıxıntılar,
Sıxır məni sıxıntıar...
Ulduzu bir nöqtə boyda görən
Gözün acizliyi,
Əyrilərə həsəd ilə baxan,
Düzün acizliyi,
Aşiqin əlçatmaz yara baxan
Həzin acizliyi,
Ürəyimdə hələ neçə şeirlərə
Mövzu verən sıxıntı var...
Sıxır məni sıxıntıar...

Raqif RAUFOĞLU

Mart 16, 2008 15:27

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha